Əyilə bilən Galaxy X'in yeni şəkilləri sızdı!

  • 19 İyul 2018

Yayılmış yeni sexmlərə əsasən tam açıq vəziyyətdə Galaxy X tamamilə adi smartfona bənzəyəcək. Smartfonun ölçüləri isə o qədər də böyük deyil. Buna görə də istifadəçi onu bir əl ilə əyə biləcək. Ekranın aşağı hissəsində fiziki Home düyməsi var. Arxa paneldə isə əsas kamera və barmaq izi skanı texnologiyası yerləşir. Smartfonun kənar hissələrində cihazı əyməyə imkan verən xüsusi şarnirlər olacaq. Galaxy X-in texniki göstəriciləri və qiyməti barəsində isə hələki heç bir məlumat yoxdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır