Sosial yardımla bağlı e-müraciət proseduru sadələşdirilir!

  • 19 İyul 2018
  • 155

Ünvanlı dövlət sosial yardımın alınması üçün aztəminatlı ailələr tərəfindən elektron qaydada müraciət proseduru sadələşdiriləcək.

Bu barədə Tecnote.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. İlkin mərhələdə, sosial yardımın alınması üçün elektron qaydada müraciət zamanı “Ərizə-bəyannamə”nin doldurulması üçün tələb olunan məlumatların sayının azaldılmaqla sadələşdirilməsi təmin ediləcək.

Belə ki, tələb olunan məlumatların bir hissəsi (məsələn, ailənin gəlirləri tərkibinə daxil olan pensiya və müavinətlər barədə məlumatlar) aidiyyəti elektron informasiya bazalarından əldə olunacaq.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üzrə bütün benefisiarlar haqqında məlumatların vahid elektron bazada toplanmasını nəzərdə tutan “Sosial Reyestr”in hazırlanması isə e-müraciətin daha da sadələşdirilməsinə imkan yaradacaq.

Layihə işə salındıqdan sonra ünvanlı dövlət sosial yardımın alınması üçün elektron müraciət zamanı hər hansı “Ərizə-bəyannamə”nin doldurulmasına ümumiyyətlə ehtiyac qalmayacaq.

Ailəni təmsil edən şəxs yalnız FİN nömrəsini daxil etdikdə, həmin ailənin sosial yardım almaq hüquqlarına baxılması üçün tələb olunan bütün zəruri məlumatlar “Sosial Reyestr”dən götürüləcək və yardım təyin olunub-olunmamasına dair avtomatlaşdırılılmış mühitdə qərar qəbul ediləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Programlar

“Facebook”da bütün saxta profillər bağlanacaq!

“Facebook” yaxın günlərdə daha bir yeniliyə imza atacaq.

 

Chip.az xəbər verir ki, bu barədə şirkəti

Bu servis FaceApp-ı geridə qoydu

''MIT-IBM Watson” süni intellekt laboratoriyasından olan Mauro Martino və Milan Politexnik İnstitundan Luka Stornayolo “AI Portraits” neyroşəbəkəsini adi fotoları İn

YouTube arxa planda qalan kanallara yardımçı olacaq

Chip.az bildirir ki, YouTube platformasında tanınmış kanallardan əlavə yeni və yüksək keyfiyyətli videolar yayımlayan kanalları önə çıxartmaq üçün yeni tətbi

İnstagram-a nəsə olub: donma halları ilə yanaşı yarım saatlıq giriş problemi yarandı

Bəzi istifadəçilər isə platformaya daxil olmaq istəyərkən '5xx Server Error' xətası ilə qarşılaşdılar.

Chip.az bildirir ki, bu haqda məlu

Google Pixele "ağıllı doldurma" cihazı

Google-ın bu il artırmaq istədiyi Pixel telefonlar, bir "ağıllı doldurma" cihazı gələbilər

Google-ın bu il ərzində bir neçə Pixel 3 telefonu bazara sürməyə hazırlaşdığ