Süni intellekt həkimləri qabaqladı

  • 19 İyul 2018
  • 203

Pekin xəstəxanalarında hazırlanan "BioMind" süni intellekti beyin şişinin müəyyənləşdirilməsində təcrübəli həkimləri üstələyib. Neyron şəbəkə vəzifəsinin öhdəsindən tez və keyfiyyətli gəlməyə nail olub.

Ichip.az bildirir ki, rəqəmli doktora və 15 aparıcı həkimə beyin şişinin olduğu ehtimal edilən xəstələrin 225 kartoçkası təqdim edilib. Neyroşəbəkə xəstəliyi 83 faiz dəqiqliklə aşkarladığı halda həkimlər bu vəzifənin öhdəsindən 63 faiz dəqiqliklə gəliblər. Beləliklə, süni intellekt qarşı tərəfi tam məğlub edib. Bundan başqa, "BioMind" süni intellekti 225 tibbi kartoçkanın öyrənilməsinə 15 dəqiqə sərf edib, halbuki həkimlər kollektivi diaqnozlaşdırma ilə təxminən 30 dəqiqə məşğul olublar.

Neyroşəbəkəyə xəstəliklərə diaqnoz qoymağı öyrətmək üçün ona Çin xəstəxanalarının arxivindən minlərlə kartoçka göstərilib. "Ümid edirəm ki, eksperiment vasitəsilə həkimlər yeni texnologiyaların gücünü başa düşəcəklər", - Tyantan hospitalının rəhbər müavini Van Yoncin bildirib.

Ichip.az (mənbə-milli.az)

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Maraqlı

Çinin 1 metro stansiyasında üz tanıma ilə ödəniş etmə sistemi sınaqdan keçirilir

Metrodan istifadə edə bilmək üçün üzünüzü ödəniş vasitəsi kimi istifadə etmək artıq xəyal deyil. South China Morning Post-da yayımlanan məlumata görə, Çinin texnologiya pay

Instagramda video işarələmə dövrü!

Bu ana qədər yalnız fotolar etiketi yapışdırdığı üçün alış-veriş səhifələri, istifadə etdikləri məhsul və markaları işarələmək üçün fotolara üstünlük verirdi. Bun

Sound of Light layihəsi uğurla başa çatıb

Süni zəkanın görüntüləri oxumaq və onları səsə çevirmək imkanını yaratmaq məqsədi ilə mütəxəssilər aylarla bu layihə üzərində işlər gördü. Huawei Made 20 Pr

Paltaryuyan maşının içinə alüminium falqa atın - Nəticəsinə inanmayacaqsız!

Chip.az Turpkimi.com-a istinadən xəbər verir.

Həyatınızı asanlaşdıracaq ucuz və sadə vasitələr.

- P

Dünyanın ilk cins təmsil etməyən süni intelekt səs assistenti - Q

Bildiyiniz kimi Apple, Google, Amazon kimi bir çox şirkət istifadəçilərə süni intellekt dəstəyi ilə virtual köməkçi xidməti təqdim edir. Texnologiyanın istifadəsini asanlaşdır