Apple-in məxfi məlumatları oğurlandı

  • 18 İyul 2018
  • 132

"Apple" şirkəti keçmiş əməkdaş Syaolan Çjanı avtonom avtomobillər layihəsi haqqında məxfi məlumatları oğurlamaqda ittiham edib.

Ichip.az Milli.Az-a istinadən bildirir ki, məlumata görə, çinli mühəndis iyulun 7-də Kaliforniyanın San-Hose Beynəlxalq Aeroportunda Çinin Quançjou əyalətinə işləmək üçün uçmaq istəyərkən saxlanılıb. O, sürücüsüz avtomobillərin hazırlanması ilə əlaqədar analoji layihə üzərində işləmək üçün "Xiaopeng Motors" şirkətinə keçməyə hazırlaşırmış.

Bildirilir ki, ABŞ şirkəti keçmiş əməkdaşı onun işdən çıxandan sonra internetdə fəallığı artırmasından və ofisə tez-tez gəlib-getməsindən sonra məxfi məlumatları oğurlaya bilməsindən şübhələnməyə başlayıb.

Xüsusi xidmət orqanları əməkdaşlarının apardığı ilkin dindirmələrdən sonra S.Çjan həyat yoldaşının noutbukuna şirkətin bazasından olan məlumatları yükləməsini etiraf edib. Mühəndis "Apple" şirkətində avtonom avtomobil cihazlarının məlumatlarının analizi üçün mikrosxemlərin hazırlanması və sınağı ilə məşğul olub. 

Qeyd olunur ki, onun noutbuka yüklədiyi fayl ittihamın irəli sürülməsi üçün əsas rol oynayıb. Faylda sürücüsüz avtomobil üçün mikrosxemlərin çertyojları göstərilib.

"Xiaopeng Motors" şirkətinin nümayəndələri bəyan edib ki, dərhal işdən azad edilən mühəndis onlara əvvəl çalışdığı şirkət barədə informasiya verməyib.

S.Çjanın təqsiri sübut olunarsa, onu 10 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Ümumi xəbər

Facebook və Instagramda yeni qadağa

Facebook və Instagram reklam yerləşdirənlərin ən çox üstünlük verdiyi platformalardır. Böyük bir kütləyə sahib olan Facebook və ya Instagrama reklam yerləşdirməklə mily

MediaTek yeni 7 nanometr prosessor istehsal etməyi hədəfləyir

Processor sahəsində dünyanın ən məşhur markalarına lider olan MediaTek-in növbəti hədəfi 5G texnologiyası və süni intellekt ilə 7 nanometr çipset istehsal etməkdir.

Medi

Instagramdan Ad Etiketi Xüsusiyyəti!

Xüsusiyyət sayəsində gerçək həyatda tanış olan insanların Instagram üzərində daha asan tapılması  məqsədi güdür.  Bu etiket fərqli dizayn, rəng və qabartmalarla fərdilə

NASA ən böyük peyki araşdırmaq üçün 1 milyard dollarlıq layihəyə start verib

NASA-nın 1 milyard dollarlıq Dragonfly adlı dronu Saturunun ən böyük peyki Titandakı həyatı araşdıracaq.

Chip.az xəbər verir

Instagram yenidən paylaşma xüsusiyyəti üçün testlərə başlayıb

Ancaq şirkət bu uzun müddətli müqavimətdən sonunda imtina etmiş kimi görünür. Yenidən paylaşma xüsusiyyətinin platformanın fərdi təbiətinə zərər verəcəyini düşünən Ins