İchip.az Milli.Az-a istinadən bildirir ki, məlumata görə, "Nokia", həmçinin, stasionar və mobil radiorabitə vasitələri üçün infrastruktur, optik rabitə xətləri və İP marşrutlayıcıları üçün texnologiyalar təqdim edəcək, eləcə də müştərilərlə əlaqə sahəsində yenilikləri bölüşəcək.
Bundan başqa, şirkətlər yeni məhsul və xidmətlərin inkişafı üçün bazarı birgə tədqiq edərək əməkdaşlığı genişləndirməyi planlaşdırırlar.
Bu ilin fevralında şirkətlər süni intellekt və Çində "5G" şəbəkələrinin inkişafı sahəsində birgə fəaliyyət haqqında anlaşma memorandumu imzalayıblar. Saziş imzalanandan sonra "Nokia" şirkətinin səhmlərinin dəyəri 1,3 faiz bahalaşıb.