Yaponlar əl çala bilən robot yaratdı

  • 18 İyul 2018

Yaponiyalı ixtiraçı Masato Takaxaşi öz sahibini dəstəkləməyi bacaran ilk robotun istehsalı üçün vəsait topladığını elan edib.

İchip.az lent.az-a istinadən xəbər verir ki, cihazı ticarət mərkəzlərində istifadə etmək və ya evdə qoymaq mümkündür. 

"Big Clapper" adlanan robot başdan və bir cüt əldən ibarətdir. Cihaz sensorlarla və müşahidə kameraları ilə təchiz edilib. Zahirən o, hər hansı Yaponiya cizgi filminin personajını xatırladır.

Robotun əsas işi öz sahibinə və ya yoldan keçənə xoşbəxtlik bəxş etməkdir. "Big Clapper" müxtəlif mövzularla bağlı danışa bilir, ünsiyyət saxlamağı bacarır və sahibini gümrahlaşdırmağı xoşlayır. O, həmçinin musiqi taktı ilə əl çalmağı bacarır.

Robotun yaradıcısı Takaxaşi hesab edir ki, cihaz tənha insanları şənləndirə biləcək və onların əhval-ruhiyyəsini qaldıracaq. Bundan başqa, "Big Clapper"i diqqəti cəlb etmək üçün mağazalara yerləşdirmək mümkündür.

Cihazın qiyməti 4500 dollar təşkil edir. İstehsalı işə salmaq üçün Takaxaşiyə təxminən 100 000 dollar vəsait lazımdır. Vəsaitin toplanması sentyabr ayına qədər davam etdiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır