Bu hava gəmisi üçün lisenziya tələb edilmir

  • 18 İyul 2018
  • 155

ABŞ-ın Opener şirkəti vertikal şəkildə havaya qalxan və enən BlackFly fərdi uçuş aparatını nümayiş etdirib.

Technote.az bildirir ki, hava gəmisinin sərnişin tutumu 1 nəfər təşkil edir.

İstehsalçıların sözlərinə görə, multikopteri hər kəs idarə edə bilər və bu səbəbdən uçuşlar üçün pilot lisenziyası tələb olunmur. Artıq ABŞ və Kanadada BlackFly üçün bütün lazımi sertifikatlar verilib.

Aparat ön və arxa qanadlı multikopter şəklindədir. Qanadların hər birində hava vintli 4 elektromühərrik quraşdırılıb. BlackFly fərdi uçuş aparatının uzunluğu 4 metr, hündürlüyü 1,5 metr, qanadlarının uzunluğu 4,2 metr təşkil edir.

Aparat boyu 2 metrədək və çəkisi 113 kiloqramadək olan şəxs üçün nəzərdə tutulub. Bildirilir ki, BlackFly həm qurudan, həm də su səthindən havaya qalxır və onların üzərinə enir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır