“Samsung Galaxy Note 9” smartfonunun qiyməti açıqlandı!

  • 17 İyul 2018
  • 159

ichip.az “ICTnews”a istinadən yazır ki, keçirilən ilkin brifinq zamanı şirkət nümayəndəsi yeni modelin qiymətinin 4 299 Polşa zlotu olacağını bildirib ki, bu da 1 160 dollar və ya 994 avroya uyğundur. Bu, smartfonun 6 giqabaytlıq operativ yaddaşa və 128 giqabaytlıq quraşdırılmış yaddaşa malik əsas versiyasının qiymətidir. Polşada ilkin sifarişlərin qəbuluna qurğunun təqdimat günündən başlanılacaq, satışlar isə avqustun 24-dən etibarən start götürəcək.

Məlumata görə, “Samsung Galaxy Note 9”-da qeyri-adi dəyişikliklər gözlənilmir və bu, əvvəlki modellərin səhvləri üzərində aparılan növbəti iş hesab edilir. Yeni smartfon dizaynına görə ümumilikdə əvvəlki modellərə bənzəsə də, cüzi dəyişikliklər olacaq – ekran ətrafında çərçivələr bir qədər kiçildiləcək və barmaq izi skanerinin forması dəyişəcək.

Yeni modelin proqram təminatı “Galaxy S9+” smartfonu ilə eyni olmaqla “S Pen” elektron qələmi ilə fərqlənəcək. Smartfon 6,4 düym diaqonallı ekran, 4 min və ya 3850 milliamper/saat tutumlu akkumulyatorla təchiz ediləcək. Bu, ötən il təqdim olunan 3300 milliamper/saat tutumlu “Galaxy Note 8” modelinin akkumulyatorundan daha güclüdür. Bundan başqa, yeni qurğunun əsas qoşa kamerasının təkmilləşdiriləcəyi gözlənilir.

Bundan əvvəlki məlumatlara görə, “Crown” kod adlı “Samsung Galaxy Note 9” smartfonu qabaqcıl “Galaxy S9” və “Galaxy S9+” modelləri kimi “Infinity Display 2.0” displeyinə malik olacaq. “S-AMOLED” ekran texnologiyasını və 18,5:9 tərəf nisbətlərini qoruyacaq “Galaxy Note 9” modeli “Samsung” şirkətinin barmaq izi skanerinin ekrana inteqrasiya olunduğu ilk smartfonu ola bilər.

Bildirilir ki, qurğunun aparat əsasını buraxılış regionundan asılı olaraq “Exynos 9810” və “Qualcomm Snapdragon 845” prosessorları təşkil edəcək.

“Samsung” şirkəti “Galaxy Note 9” smartfon modelinin rəsmi təqdimatını avqustun 9-da Nyu-Yorkda keçirəcək.

“Samsung Galaxy Note 9” smartfonunun rəsmi təqdimatı avqustun 9-da Nyu-Yorkda keçiriləcək.

İCHİP.AZ 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Programlar

Sadə telefon istifadəçilərinə sürpriz xəbər: Whatsapp-dan istifadə edə biləcəksiniz!

Chip.az bildirir ki, dünyanın ən çox istifadə edilən anlıq mesajlaşma tətbiqi

GIF-ləri İnstagram-da necə paylaşa bilərik?

Hazırda İnstaqram-da GIF-lər paylaşmaq mümkündür. Videolardan daha az məlumat verən, lakin xoş vaxt keçirməyinizə imkan yaradan GIF-ləri tətbiqetmədən birbaşa İnstagr

Periscope canlı yayıma birbaşa qoşulma imkanı yaradır

Bunun nəticəsində canlı yayım şou proqramı təəssüratı yaradacaq.

Twitter Periskop-la bağlı iddialar səbəbiylə çox zərbə aldı. Çoxları tərəfindən

Google Pixele "ağıllı doldurma" cihazı

Google-ın bu il artırmaq istədiyi Pixel telefonlar, bir "ağıllı doldurma" cihazı gələbilər

Google-ın bu il ərzində bir neçə Pixel 3 telefonu bazara sürməyə hazırlaşdığ

Facebook 300 milyon dollarlıq büdcə ayırdı: Stop fake news!

Chip.az bildirir ki, Facebook xəbər tərəfdaşlığı proqramı üçün önümüzdəki 3 il ərzində 300 milyon dollarlıq investisiya qoyma