Robotlaşdırma və avtomatlaşdırma bütün dünyada qul əməyinin böyüməsinə səbəb ola bilər

  • 17 İyul 2018
  • 120

  İngiltərənin Verisk Maplecroft konsaltinq şirkətinin proqnozlarına əsasən inkişafda olan kasıb ölkələrin müəssisələrində robotlaşdırma və avtomatlaşdırma sistemlərinin tətbiqi nəticəsində qeyri-leqal müəssisələrdə qul əməyi bazarı kəskin sürətdə artacaq. Tədqiqata əsasən artıq yaxın 20 il ərzində Asiyanın bir sıra ölkələrində (Tayland, Vyetnam, İndoneziya, Kamboca və s.) yerli müəssisələrin işçilərinin 50%-dən çoxu avtomatlaşdırma sisteminin tətbiqi nəticəsində iş yerlərini itirəcək. İlk öncə söhbət, kənd təsərrüfatı, sənaye istehsalı, tikinti, pərakəndə ticarət və xidmət işləri kimi sahələrdən gedir.

    Robotlaşdırma əsasən ən güclü zərbəni geyim və ayaqqabı istehsalı sahəsində çalışan işçilərə vuracaq. Tədqiqatçılar əsasən Kamboca və Vyetnamda olan çətin vəziyyətə diqqət yetirirlər. Həmin ölkələrin geyim və ayaqqabı istehsal sahələrini bütün sənaye işçilərinin 59%-39%-ni təşkil edir. Buna görə də istənilən irimiqyaslı işdən azadedilmə prosesi bazara və işçilərin özlərinə neqativ nəticələr yaradacaq. Qeyd etmək lazımdır ki, sadalanmış ölkələr üzrə sözügedən sahələrdə çalışan işçilərdən çoxu qadınlardır. İşlərini itirəcək və yeni sahə üzrə adaptasiya ola bilməyəcək insanlar isə aşağı maaş müqabilində iş yerləri üzrə rəqabət aparmalı olacaqlar. Bu cür vəziyyət isə aşağı ixtisaslı işçilərin istismarına və qul şəraitində əməyin böyüməsinə gətirib çıxardacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır