Facebook İnstagram dostları ilə birbaşa əlaqə imkanı yaradacaq!

  • 17 İyul 2018

Məşhur sosial media tətbiqlərini idarə edən Facebook, bütün qalmaqallı prosesləri geridə qoyaraq fəaliyyətini sürətlə davam etdirir.

Bildiyiniz kimi İnstagram və Facebook istifadəçilərinə hesablarını birləşdirmə imkanı yaradılıb.

ichip.az bildirir ki, alınan məlumatlara əsasən Facebook-un indiki məqsədi əlaqələrinizi İnstagram-dan Messenger-ə daşımaqdır. Yeni funksiya ilə Facebook Messenger-də dostlarınızla yazışdığınız kimi, əlavə olunan yeni bölmədə İnstagram izləyiciləriniz ilə də birbaşa əlaqə saxlaya biləcəksiniz.

Tətbiq hələ ki, test mərhələsindədir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır