Smartfonlarda olan lazımsız funksiyaları siyahısını tərtib edildi!

  • 17 İyul 2018
  • 118

  Mütəxəssislər smartfonlarda olan lazımsız funksiyaların reytinqini tərtib ediblər. Bununla belə istifadəçilər həmin funksiyalara görə əlavə pul da ödəyirlər. Məlumatda deyilir ki, Apple, Samsung  Huawei kimi şirkətlər əlavə süni zəka modullu güclü prosessorlara sahib smartfonlar istehsal edirlər. Bununla belə smartfonlarda tətbiq olunan bu texnologiyalar çox bahalıdırlar və cihazın yekun qiymətinə təsir göstərirlər. Belə bir vaxtda köhnə prosessorlar isə heç də pis çalışmırlar.

    Bundan əlavə olaraq mütəxəssislər həmçinin böyük ölçülü ekranları da lazımsız adlandırıblar. Bu cür ekranlara sahib smartfonlar daha çox enerji sərf edirlər və nəticədə onların enerji sərfiyyatları daha sürətlə tükənir. Force Touch  3D Touch formatlı ekranlar isə smartfonun qiymətini daha da bahalı edirlər. Bununla yanaşı smartfonlarda olan Dolby Atmos səs sistemi və Super slow motion videoçəkiliş funksiyası da lazımsız hesab olunur.

    Son zamanlarda flaqman modellərin kameralaırnda əlavə süni zəka modullarından istifadə olunur və bu texnologiya çəkilmiş fotoların yüksək keyfiyyətdə alınması üçün nəzərdə tutulub. Lakin bununla belə bu texnologiya da mütəxəssislər tərəfindən aşağı effektivli hesab olunur. Daha bir lazımsız funksiya isə 4K çəkilişdir. Bu cür keyfiyyətdə olan videoçəkilişlər optik stabilizasiya və HDR kimi önəmli özəllikləri dəstəkləmir. Nəticədə isə 4K rejimində çəkilmiş videolar smartfon yaddaşında əlavə yer tutur. Apple şirkətindən olan Animojifunksiyası da lazımsız adlandırılıb. Statistikaya əsasən istifadəçilər bu funksiyaya maraqlarını itirirlər. Belə ki, artırılmış reallıq (AR) hələ effektiv deyil və lazımi səviyyədə çalışmır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Mobil rabitə

Bakcell-in Ulduzum proqramının partnyor sayı 300-ü keçib

Bakcell şirkətinin “Ulduzum” loyallıq proqramı çərçivəsində abunəçilərə endirim və əlavə fürsətlər təqdim edən partnyorların sayı 300-ü keçib. 

Dünyanı Azercell ilə səyahət et

Azercell abunəçilərinin istifadəsinə yeni Aylıq Rominq İnternet Paketini təqdim edir.

Chip.az xəbər verir ki, rominq zamanı internet xidmət

Bu yay Samsung smartfonu və hədiyyələr Azercell-dən

Fəaliyyətinin yeni rəqəmsal dövrünə qədəm qoyan ölkənin telekommunikasiya sahəsinin lideri Azercell abunəçilərini ən sərfəli kampaniyaları ilə sevindirməyə davam edir.

Azercell yeni tarif paketlərini təqdim edir

“Azercell Telekom” MMC abunəçilərinin istifadəsinə yeni “Sərbəst10”, “Sərbəst15”, “Sərbəst25”, “Sərbəst50” və “Sərbəst75” tarif paketlərini təqdim

Nar-ın 4G şəbəkəsi Ağdam, Füzuli və Goranboyda

"Nar”, mobil baza stansiyalarının sayını artırmağa davam edir. Belə ki, mobil operator ilk yarımildə ölkə ərazisində 50-dən çox 3G və 380-dən çox yeni 4G mobil baza stan