Android istifadəçilər 850 min dəfə hücuma məruz qalıb!

  • 17 İyul 2018
  • 112

Azərbaycan istifadəçilərinin təxminən üçündən ikisi internetdə müxtəlif təhlükələrlə qarşılaşır.

Bu göstərici, demək olar ki, son 18 ay ərzində dəyişməz qalıb. Belə ki, bu ilin birinci yarısında Azərbaycan istifadəçilərinin 61%-i zərərli proqramlar tərəfindən hücuma məruz qalıb. 2017-ci ilin analoji dövründə isə bu göstərici 60%-dən bir qədər çox olub.

Technote.az bildirir ki, bu barədə Kaspersky Lab-ın araşdırmasında qeyd edilir.

Android istifadəçiləri orta hesabla 6 zərərverici proqramla qarşılaşıb

Lakin Kaspersky Lab-ın analitikləri ölkədə mobil zərərvericilər tərəfində yoluxmaların sayının azaldığını müşahidə ediblər. 2017-ci ilin ilk yarısında Azərbaycanda Android istifadəçiləri orta hesabla 6 zərərverici proqramla qarşılaşıb.

Bu ilin eyni dövründə isə mobil zərərverici proqram təminatı tərəfindən bir istifadəçiyə olunan hücum cəhdləri 5-dək azalıb. 2018-ci ilin birinci yarısında Android platforması üçün mobil zərərverici proqram təminatı ilə qarşılaşan istifadəçilər sözügedən dövr ərzində bütün zərərverici proqram təminatı ilə qarşılaşmış istifadəçilərin 9,15%-ni təşik edib.

Azərbaycan istifadəçiləri veb-maynerlər tərəfindən təxminən 850 min dəfə hücuma məruz qalıb

“Bu gün kibertəhdidlərin müxtəlifliyi o qədər çoxalıb ki, onlara qarşı keyfiyyətli müdafiə həm vacib, həm də mühüm əhəmiyyət kəsb edir. Smartfon və kompüterlərimizdə dəyərli kontaktlar, əziz xatirələr qorunur, internet-brauzerlər bizim parol və bank kartlarımızın məlumatını yaddaşda saxlayırlar. Biz avadanlıqlarımıza həddindən çox etibar edirik ki, onları əsassız risklərə məruz buraxaq”, - deyə Kaspersky Lab-ın Azərbaycanda regional nümayəndəsi Müşviq Məmmədov bildirib.

Qeyd edək ki, “Kaspersky Internet Security” etibarlı kompleks həlli istənilən kibertəhlükənin öhdəsindən gəlməyə kömək edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Ümumi xəbər

Spotify platformasına hər gün 40 000 mahnı yüklənir

Hazırda ən populyar musiqi dinləmə platformlarından biri olan “Spotify” şəbəkəsinə gün ərzində 40.000 mahnı yükləyir.

Chip.az xəbər v

"2019-cu ilin sonuna qədər 64 MP və 100 MP + kameralı smartfonlar istehsal olunacaq."- Judd Heape

Keçdiyimiz aylarda, ağıllı telefon istehsalçılarının 32 MP və 48 MP kameraya sahib telefonları istehsala buraxması ilə 'megapiksel döyüşləri' yenidən başlamış vəziyyətdə o

Kaspersky Lab Google Play-də zərərli proqram tapıb

“Kaspersky Lab” şirkətinin mütəxəssisləri “Google Play”də zərərli bekdor “MobOk” proqram təminatı ilə təhciz olunmuş iki fotoredaktor həlli tapıb.

Azərbaycanda ilk dəfə taxılyığan kombayn və elektrobus istehsal olunub

Chip.az xəbər verir ki, İB-nin yaydığı məlumata görə, Azərbaycanda ilk dəfə olaraq konveyerdən “PALESSE KZS-575” markalı taxılyığan kombayn və E-321 m

Bently-ni tank kimi istifadə etdilər

Milyon dollarlar dəyərində “ Bently Continental GT”ni  də palet taxılan bir ərazi vasitəsi kimi burada görə bilərsiniz.

Chip.az xəbər verir ki, “Ultrat