Huawei şirkətinin yeni şarj texnologiyası 30 dəqiqəyə 100% enerji yığır

  • 13 İyul 2018
  • 146

 Huawei şirkəti smartfonlar üçün sürətli şarj texnologiyası üzərində çalışmağa davam edir. Keçən il şirkət 45 dəqiqə ərzində 100% enerji yığmağa qadir Honor Magic adlı smartfonu təqdim etmişdi. İndi isə şirkətin rekord zaman ərzində enerji yığa bilən şarj cihazı haqqında məlumatlar yayılıb. Belə ki, Çinin sertifikatlaşdırma mərkəzində şirkətin HW-100400C00nömrəli yeni şarj cihazı barəsində məlumatlar ortaya çıxıb. Sözügedən cihaz indiyənə kimi Huawei tərəfindən satışa çıxarılmış smartfonların şarj cihazları arasında ən maksimal gücə sahibdir (40 Vatt). Beləliklə həmin şarj cihazı sayəsində smartfon 100% enerjini 30 dəqiqədən bir qədər çox müddətdə yığa bilər. Yeni sürətli enerji yığma texnologiyası şirkətin Oktyabr ayında təqdim edəcəyi Huawei Mate 20 smartfonunda tətbiq oluna bilər. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Mobil telefonlar

Redmi 7A modeli təqdim edildi

 

“Redmi”  nəhəng batareyası ilə olduqca uzun ömürlü istifadəyə imkan verən yeni nəsil başlanğıc səviyyəli telefon modeli Redmi 7A-nı təqdim etdi.

32 MP ön kameralı Oppo Reno Z modeli təqdim edildi

“Oppo”nun yeni orta seqment ağıllı telefonu “Reno Z “modeli təqdim edilib.

Chip.az xəbər verir ki, Çin smartfon istehsalçısı “Oppo” son bir

64 meqapiksel kameralı İlk telefon - Samsung Galaxy A70 S

“Samsung Galaxy” A70S yeni 64 meqapikselli “ISOCELL Bright GW1” modeli ilə istifadəçiləri sevindirməkdə davam edir.

Chip.az xəbər verir ki, “Sam