“iPhone” smartfonlarının istehsalı dayandırılır

  • 12 İyul 2018
  • 77

“Apple” şirkəti bu ilin üçüncü rübündə “iPhone X” və “iPhone SE” smartfon modellərinin istehsalını dayandırmağı planlaşdırır.

ichip.az “ICTnews”a istinadən xəbər verir ki, bu, istehsalçı şirkətin diqqəti yeni “iPhone 9”, “iPhone 11” və “iPhone 11 Plus” modellərinin hazırlanması və buraxılışına yönəltmək istəməsi ilə izah edilir. “iPhone X” və “iPhone SE” smartfonlarının cəmiyyətdə çox populyarlıq qazanması səbəbindən “Apple” gələcək satışların mümkün uğursuzluğundan ehtiyat edərək onların 2018-ci ilin payızından etibarən satışdan çıxarılması ilə bağlı qərar qəbul edib.

Bundan əvvəl bu ilin payızında “iPhone SE” modelinin qiymətinin ucuzlaşması barədə məlumatlar yayılıb. Bundan başqa, şirkət nümayəndələri bildirib ki, “iPhone SE 2” buraxılmayacaq, çünki model qabaqcıl “iPhone” smartfonlarına ciddi rəqib olacaq, eləcə də böyük gəlir gətirməyəcək.

“iPhone X” modeli satışdan çıxarıldıqdan sonra “Apple” şirkəti məşhur smartfonun yenilənmiş modellərinə tələbatın artacağını proqnozlaşdırır. ABŞ istehsalçısı 2018-ci ilin sonunadək 91 milyon, 2019-cu ilin ortalarınadək isə 92 milyon yenilənmiş model tədarük etməyi nəzərdə tutur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Oyun və film

Playstation Plus İyul oyunları bəlli oldu!

Playstation Plus iyul ayı oyunları haqqında məlumat yayılıb 3 İyuldan etibarən oyunları endirə biləcksiniz.

PS4

Super Mario Bros oyunu 100.150 dollara satıldı

Kolleksiya təşkil edən məhsulların ən vacib özəlliyi məhsulun ilk gündəki kimi, yəni olduğu kimi qalmasıdır. Super Mario Bros kimi bir NES əfsanəsinə sahibsiniz

Üzüklərin Əfəndisi filminin oyunu hazırlanır

Leyou ortaqlığı ilə yeni bir Üzüklərin Əfəndisi oynunu hazırladığını bildirən Amazon Game Studios, Tolkien fanatlarını daha əvvəl heç görmədikləri torpaqlarla, insan

Fast & Furious 9 çəkilişlərində baş verən qəza çəkimlərin dayandırılmasına səbəb oldu

Fast & Furious 9 (Sürətli və Qəzəbli 9) filminin çəkilişlərində baş verən dəhşətli qəza çəkilişlərin dayandırılmasına səbəb

Gəncləri intihara təşviq edən Momo yeni obrazda qayıdır

Ötən il çıxan yarı qadın, yarı quş heykəli olan Momo, bir çox intihar xəbərləri ilə gündəmə gəlmişdi. Yaponiyalı  Keisuke Aiso tərəfindən yaradılan və bir çox tə