“Twitter” 70 milyon hesabı blok etdi

  • 12 İyul 2018

“Twitter” sosial şəbəkəsi may ayından 70 milyondan çox saxta və şübhəli hesabı bağlayıb.

ichip.az “The Washington Post”a istinadən xəbər verir ki, sosial şəbəkə hər gün ərzində təqribən bir milyon hesab blok edib.

“The Washington Post” qeyd edir ki, “Twitter” 2017-ci ilin oktyabr ayından saxta hesablarla mübarizədə fəallığı iki dəfə artırıb. Sosial şəbəkə qəzetin təqdim etdiyi hesabatdakı rəqəmləri təsdiq edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır