Azərbaycanın dövlət rəmzləri ilə bağlı mobil tətbiqetmə yaradılıb

  • 10 İyul 2018
  • 131

“Praksis” Sosial İnkişafa Yardım İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Azərbaycanla bağlı xarici resurslarda yayımlanan məlumatların monitorinqi və dövlət rəmzləri ilə bağlı mobil tətbiqetmənin yaradılması” adlı layihəni həyata keçirib.

Bir sıra əhəmiyyətli beynəlxalq tədbirlərdə, yarışmalarda, sosial şəbəkələrdə həqiqi olmayan Azərbaycan xəritəsi, bayrağı və ya gerbindən istifadə edilir. Belə ki, axtarış sistemlərində xarici dillərdə “Azərbaycan xəritəsi” yazdıqda bir çox yanlış məlumatlarla qarşılaşırıq. Xarici resurslarda, xüsusilə Azərbaycanın ərazi bütövlüyü ilə bağlı həqiqəti əks etdirməyən məlumatların çoxluğuna görə əsasən Dağlıq Qarabağ və ya Naxçıvanın yer almadığı xəritələr işlədilir.

Həyata keçirilən layihənin əsas nəticəsi Azərbaycan rəmzləri ilə bağlı xarici resursların monitorinqi, həqiqi Azərbaycan xəritəsi, bayrağı və gerbinin müxtəlif formatlarda əks edildiyi mobil tətbiqetmə resursunun hazırlanmasından ibarətdir. Layihə beynəlxalq təbəqəni əhatə etdiyi üçün mobil tətbiqetmə ingilis dilində hazırlanıb. Bu proqram vasitəsilə istifadəçilər həqiqi Azərbaycan xəritəsi, gerbi, bayrağı və himni ilə tanış ola bilər.

Qeyd edək ki, bu proqramın veb-resursu da mövcuddur. Axtarış sistemlərində “real Azerbaijan map” yazdıqda ilk səhifə azemap.com səhifəsi çıxır. İctimai Birliyin növbəti hədəflərindən biri isə axtarış sistemlərində bu mövzu ilə bağlı qarşılaşdığımız yanlış məlumatların qarşısını almaq, onlara qarşı mübarizə aparacağımız resurslar hazırlamaqdır.

“Praksis” təşkilatı QHT Şurasının dəstəyi ilə virtual mübarizəyə qoşularaq saxta məlumatların olduğu resursları aşkar etmək, həqiqi məlumatların yer aldığı müxtəlif dillərdə resursların sayını çoxaltmağı hədəfləyir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Programlar

Youtube istifadəçiləri ekranı sağa və sola çevirərək video izləyə biləcək

Chip.az bildirir ki, dünyanın ən məşhur video paylaşma platforması olan YouTube, iOS tətbiqinə yeni bir xüsusiyyət əlavə etdi. Bel

Twitter paylaşımlarını redaktə etmək mümkün olacaq

Chip.az bildirir ki, bu barədə Nyu-Dehlidə keçirilmiş konfransda sözügedən sosial şəbəkənin direktoru Cek Dorsi ona ünvanlanan sualları cavablayarkən bildirib.

"WhatsApp" çox mesaj yazan şəxslərə BƏD XƏBƏR!

Populyar mesajlaşma platforması "WhatsApp"ın yeni güncəlləməsi tez-tez mesaj yazan şəxslərə aid edilib.

Belə ki, artıq sizə tez-t

İnstaqramın yeni funksiyası istifadəyə verildi

Populyar sosial şəbəkələrdən olan İnstaqram yeni funksiyasını aktivləşdirib.

ichip.az xəbər verir ki, sosial ş

WhatsApp-da yenilik var

"WhatsApp" istifadəçilərə proqramı açmadan mesajı oxunmuş kimi nişanlamağa imkan verəcək. Bu haqda "WaBetaInfo" portalı yazır.
 
İchip.az