ABŞ-da yerləşən dünyanın ən böyük topdan və pərakəndə ticarət satış şəbəkələrindən biri olan Walmart döşəmənin yuyulması üçün pilotsuz maşınların istifadəsinə başlamışdır. Bu avadanlığı Brain Copr. şirkəti işləyib hazırlamışdır.
Avadalıqların sınağı zamanı Walmart şirkəti Bentonvilledəki(Arkanzas ştatı) 5 mağazası üçün 5 ədəd “Emma” robotu almışdır. Emma robotları kameralar, ultrasəs sensorları(datçik), LİDAR lazer uzaqməsafə ölçənləri ilə təchiz olunmuşdur ki, aparatlar həm alıcılar həm də ərzaq və malların yerləşdiyi rəflərlə toqquşmadan qaçması üçün məhz ticarət mərkəzləri üçün hesablanmışdır.
Robot “Təmizləyici”-nin uzunluğu 1,7 metr olub, eni 0,8 metr olmaqla hər birinin tutumu 109 litr olmaqla 2 yanacaq çəni ilə təchiz olunmuşdur. Onlardan birinə yuyucu vasitə, digərinə isə maşının döşəmənin bu qarışıqdan istifadə edərək yuduğu zaman yaranan çirkli suyun tullantısı(zibil) yığılır.
Emmanı ilk öncə insan idarə edir, və bu zaman hərəkətin marşrutunu çızır. Robot trayektoriyanı yadda saxlayır və bundan sonra müstəqil hərəkət edir. Robotun sürəti əl ilə idarəetmə zamanı 6,4 km/saat, avtonom rejimdə isə 4 km/saata çatır.
Artıq ABŞ-ın 50-dən çox ticarət mərkəzi, hipermarketlər, hava limanları bu robotdan istifadə ilə bağlı sifariş vermişlər. Bu robotların 2008-ci ilin yayında Yaponiyada peyda olması üçün bu ölkənin Softbank şirkəti Brain Corp. şirkəti ilə danışıqlar aparır.