Qualcomm yeni Snapdragon prosessorlarını təqdim etdi.

  • 07 İyul 2018

Snapdragon yeni mobil prosessorlarını təqdim etdi. Yeniliklərinə davam edən Qualcomm şirkəti , yeni prosessorlarını əvvəlki nəsillərdə ki prosesorlardan performans cəhətdən daha üstün edib. Snapdragonun təqdim etdiyi prosessorlar orta səviyyə və aşağı səviyyə telefonlar üçün nəzərdə tutulmuşdur. Təqdim etdiyi prosessorlar 632, 439  429 prosessorlarıdır.

Snapdragon 632 prosessoru 24 MP kamera və ya ikili 13 MP kamera dəstəkliyəcək. 439-da isə 21 MP və ya 2 ədəd 8 MP, 429-da isə tək 16 MP kamera istifadə edilə bilər.

Prosessorlarda GPU Adreno 506, 505, 504 olacaq. Snapdragon 623-də X9 LTE modemi olacaq ki, buda böyük özəllikdir. 400 seriyasında isə X6 modemi olacaq. Prosessorlar 2018-ci ilin 2-ci yarısından etibarən bazara çıxacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır