LG şirkəti əyilə bilən smartfonun patentini aldı!

  • 07 İyul 2018
  • 74

    ABŞ-ın ticarət nişanları üzrə patent bürosu LG şirkətinin yeni patentini təsdiqləyib. Söhbət, qeyri-adi konstruksiyaya sahib əyilə bilən smartfondan gedir. Bu patent şirkət tərəfindən yeni formatda cihazın yaradılması barədə planlardan bəhs edə bilər. Patentdə qeyd olunmuş cihaz adi vəziyyətdə tipik smartfonu xatırladır. Bundan əlavə olaraq o tamamilə çərçivələrədən məhrumdur. Lakin cihazın mərkəzində bükücü hissə var. Onun sayəsində patentdəki cihazı bükmək mümkündür.

    Patentdə qeyd olunub ki, sözügedən cihazda maqnit bərkidici var və smartfon bükülü vəziyyətdən açılanda onun ekranı avtomatik olaraq aktivləşəcək. Bundan əlavə olaraq bükücü hissəni müxtəlif formalarda istifadə etmək mümkün olacaq. Məsələn həmin hissəni Vformasında bükəndə smartfonun ikinci hissəsi dayaq rolunu oynayacaq. Bükülən hissəsini daha bir maraqlı üsul üçün də istifadə etmək olar. Belə ki, bükülmüş vəziyyətdə cihazı geyimin üzərinə bərkitmək mümkün olacaq. Beləliklə o adi smartfondan action kameraya çevriləcək. 

    

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Tədbirlər

Uşaq və yeniyetmələr üçün internet təhlükələrindən qorunma yolları ilə bağlı tədbir keçirilib

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Bakı Telefon Rabitəsi” MMC tərəfindən 1 iyun uşaqların beynəlxalq müdafiəsi günü ilə bağlı “Virtual aləmə s

NRYTN AZCLOUD Hackathon 2019 müsabiqəsini təşkil edir

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində fəaliyyət göstərən "AzInTelecom" MMC tərəfindən təşkil olunan və "R.I.S.K Company", "Azərcell Telekom", "

EU4Digital Bakıda fəaliyyətə başlayır

Avropa İttifaqı tərəfindən maliyyələşdirilən, rəqəmli iqtisadiyyatı və cəmiyyəti dəstəkləyən "EU4Digital" proqramı Aİ-ın Azərbaycandakı rəsmi nümayəndəliyi və A

Azərbaycanda İlk dəfə Gənclər İnternet İdarəçilik Forumu keçiriləcək

“İnnovasiya Festivalı” çərçivəsində 1-3 iyun 2019-cu il tarixlərində ölkəmizdə ilk Azərbaycan Gənclər İnternet İdarəçilik Forumu keçiriləcək.

Qazaxıstan hökuməti Transxəzər magistralı sazişini təsdiq etdi

Azərbaycanı beynəlxalq internet şəbəkəsinə bağlayan magistral (backbone) internet provayderi “AzerTelecom” şirkətinin iştirakı ilə icra edilən və Transxəzər magistral