LG şirkəti iki ekrana və smartfon funksiyalarına sahib stilusun patentini alıb

  • 06 İyul 2018
  • 45

    LG şirkəti iki ekranlı və smartfon özəlliklərinə sahib qeyri-adi stilusun patentini alıb. Patent fotolarından da görmək olar ki, smart stilus bir yox birbaşa iki ekranla təchiz olunub. Birinci ekran elastikdir və birbaşa korpusdan çıxır. İkinci ekran isə daha kiçikdir və korpusun özündə yerləşdirilib. İkinci kiçik ekranda tətbiq ikonları, bildirişlər, zənglər və s. əks olunur. Birinci elastik ekran isə ölçüsünə görə smartfon ekranına yaxındır. Stilusdakı xüsusi düymə vasitəsilə həmin ekran korpusun daxilindən çölə çıxır və geriyə qayıdır.

    İki ekrana sahib smart stilus smartfon funksiyalarını özündə birləşdirir və demək olar ki, smartfonu əvəz edir. Cihaz həmçinin hiroskop, kompas, təzyiq və göz hərəkətlərinin izlənməsi ötürücüləri ilə kameraya sahibdir. Stilus üstəgəl barmaq izi skanı, səsgücləndirici və mikrofon ilə də təchiz olunub. Bütün bunlardan əlavə olaraq sözügedən stilusu smartfona qoşaraq ondan adi stilus kimi də istifadə etmək mümkündür. Məslən sözügedən stilus vasitəsilə kağız üzərində yazılmış hər bir şey smartfonda əks olunur və yaddaşda saxlanılır. Qeyd etmək lazımdır ki, bu stilus LG şirkətinin sadəcə olaraq növbəti bir patentidir. Çox güman ki, cihaz elə patent olaraq da qalacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Ümumi xəbər

3 şirkətə kabel şəbəkəsi yayımı üçün lisenziya verildi

Milli Televiziya və Radio Şurasının (MTRŞ) növbəti iclası keçirilib.

Chip.az xəbər verir ki, şuradan verilən məlumata görə, iclasda “

“İnnovasiya həftəsi” çərçivəsində keçirilən “Hackathon”un qalibləri bəlli oldu



Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində fəaliyyət  göstərən “AzInTelecom” MMC-nin  29-30 oktyabr tarixlərində təşkil

Cənubi Koreya, bu gün 5G xidmətini istifadəyə verərək adını tarixə yazdırır

Beləki, Cənubi Koreya mobil xidmət provayderlərinin, bu gün, yəni  dekabr ayının1-də, ilkin proqramdan dörd ay əvvəl  5G xidmətl

Ümumrespublika olimpiadasının qalibləri məlum oldu

17 May – Dünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününə həsr olunan olimpiadanın əsas məqsədi ali məktəb tələbələrinin informatika, proqramlaşdırma sahəsindəki b

Google Xəritələrdən sonra Waze də Apple Carplaye gəldi

9to5Mac-ın xəbərinə görə, Wazei Apple Carplay-a gətirən yeniləmə dərc olunub.

Keçən həftə Google, Xəritələr ios tətbiq etməsinə gətirdiyi bir təzələməklə C