Forza Horizon 4 oyununu təsadüfi bir səhv nəticəsində kompyuterlərə yükləmək olub.

  • 06 İyul 2018
Maşın simulatoru olan bu oyun dünyada ən çox oynanılan maşın oyunlarından biridir.

Microsoft bu yaxınlarda Forza Horizon 4 barədə E3-də açıqlamalar vermişdi. Oyun digər seriyalarından həm qrafik, həmdə yeni özəllikləri ilə fərqlənirdi. Amma oyunun hələ rəsmi təqdim edilməsinə və bazara çıxmasına 3 ay qalmış , təsadüfi səhv nəticəsində Microsoft Store-da yükləmək mümkün olub. Kim oyunu önsifarişlə əvvəlcədən əldə etmişdisə, həmin şəxslər oyunu yükləyiblər. Oyunun həcminin 90 GB olduğu deyilir. Oyunda yeni avtomobilərin siyahısıda bilinib. Bugatti Chiron, Ferrari 458 Italia, 2017 Ford GT, Koenigsegg Regera, Lamborghini Centenario LP770-4, McLaren F1, McLaren Senna, Pagani Huayra və əlavə 482 avtomobil olub. Ümumi maşın sayısı isə  500-ü keçəcək. Bu böyük bir səhvdir. Çünki oyunun oğurlanma ehtimalı var. Oyun oktyabr ayının 2-də təqdim ediləcək.

 Oyunun videosunu sizlərə təqdim edirik.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır