Yaxın illərdə barmaq izi sensoru ilə bədən temperaturumuzu ölçə biləcəyik

  • 04 İyul 2018
  • 188

Barmaq izi sensorlarının artıq bir çox funksiyaları var. Ürək ritmini təyin etmək, qan təzyiqini öyrənmək və s. Bu gün isə bir sıra elm adamları işlədikləri bir layihə haqqında danışdılar. Bu layihəyə görə yaxın illərdə barmaq izi sensorunun funksiyaları daha da artacaq. Beləki, artıq bədən temperaturunu ölçərək termometr funksiyası daşıyacaq.   

Samsung şirkətinin tərkibində olan və bir sıra yeni texnologiyalar üzərində işləyən mühəndis/elm adamları barmaq izi sensoru vasitəsilə yaxın illərdə temperatur ölçməyin mümkün olacağını vurğuladı.    

Bu sensorun tək fərqi də bu deyil. Bu yeni texnologiyalar ilə hazırlanmış barmaq izi sensorları həm də elastik olacaq. Yəni ekranın alt panelinə rahatca yerləşdirilə biləcəyi halda, ön panelə də yerləşdirmək olacaq. Digər önəmli cəhət isə temperatur ölçməsinin hər barmağa görə fərqli olacağı üçün hər hansı barmaq izini kopyalamaq mümkün olmayacaq. Bu da öz növbəsində barmaq izi sensorlarını daha təhlükəsiz bir hala gətirir. Beləliklə, barmaq izi sensorunun yenidən İris(Göz bəbəyi) sensorlarını keçərək mobil istehsalçılar üçün ilk plana yerləşməsi mümkün olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Telefonlar

Galaxy Note 10, Samsungun ən böyük smartfonu olmağa iddialıdır

Chip.az bildirir ki, diaqonalı 6,66 düym təşkil edəcək ekranın ölçüsünün iPhone XS Max modelinin displeyindən böyük olacağı gö

Apple şirkəti bu ilki iPhone modellərinin təqdimat tarixini açıqladı

CHİP.AZ Tecnote saytına istinadən xəbər verir ki, iPhone modellərinin təqdimatı 12 Sentyabr tarixində Apple Park kampusunun Steve Jobsad

Mobil telefonların qeydiyyat qiyməti qalxdı

Chip.az Qafqazinfo-ya istinadən məlumat verir ki, iyulun 31-dən qüvvəyə minən qərarla satış və digər sahibkarlıq fəaliyyəti

Yeni İphone 12 istehlakçını təəccübləndirəcək yeniliklərə sahib deyil

Yeni İphone 12 haqqında məlumatların sızması telefonun bir çox "yeniliklərlə" gələcəyini desə də reallıqda bunların heç biri əslində yenilik deyil!