Galaxy Note 9-un yeni fotoları yayıldı!

  • 04 İyul 2018
  • 50

  Yeni yayılmış fotolardan da görmək olar ki, Galaxy Note 9 kənar tərəfləri əyilmiş ekrana sahib olacaq. Ekranın yuxarı və aşağı hissələrində isə nazik çərçivələr olacaq. Bununla belə yeni modelin dizaynı keçən ilki modelin dizaynından demək olar ki, fərqlənmir. Galaxy Note 9-da nəzərə çarpan bir yenilik isə ondan ibarətdir ki, smartfonun barmaq izi skanı bu dəfə üfüqi şəkildə yerləşdirilmiş arxa kameranın aşağı hissəsindədir.

    Məlumata əsasən Galaxy Note 9 6.4 inç AMOLED ekran, Snapdragon 845 / Exynos 9810prosessorları, 6 GB RAM, 128 GB daxili yaddaş və 4000 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. Bundan əlavə olaraq çox güman ki, smartfonun 8 GB RAM və 256/512 GB daxili yaddaşlı versiyası da olacaq. Güman olunur ki, Galaxy Note 9 yenilənmiş S Penstilusuna sahib olacaq. Bir sıra məlumatlara əsasən yeni S Pen Bluetooth özəlliyi ilə təchiz olunacaq. Bu isə onunla daha qəliz əməliyyatları yerinə yetirməyə imkan verəcək. Nəzərinizə çatdıraq ki, smartfonun təqdimatı 9 Avqust tarixində baş tutacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Avtomobil

BMW i4-ün bəzi xüsusiyyətləri açıqlandı

Belə ki, elektrik enerjisi ilə çalışan avtomobil bazarında söz sahibi olmağı planlaşdıran BMW bu məqsədlə 2025-ci ilə qədər 12 fərqli bu tip avtomobillər iste

Uber şirkətə sifariş verən sərnişinin ölümü ilə bağlı açıqlama verdi

Universtet tələbəsinin Uber-ə məxsus avtomobilə əyləşdiyini düşünərək səhvən digər nəqliyyat vastəsindən istifadə etməsi həmin şəxsə qarşı sui-qəsdlə nəticəl

Maşın almaq istəyənlərə xəbər Qoymətlər...

2018-ci ilin ötən ayında Bakının avtomobil bazarında orta qiymət 27 084 manat təşkil edib.

Bunu Trend-ə "MBA Gr

Yandex Taksi, Las Vegas şəhərində xidmətə başlayıb

Hazırda Rusiyada sürücüsüz taksi xidməti mövcuddur. Bu xidməti reallaşdıran şirkət, axtarış və müxtəlif internet xidmətlərindən tanıdığımız Yandex-dir.

C

Tesla-nın yeni avtomobili Model Y təqdim olundu: qiymət və özəllikləri

Chip.az bildirir ki, ABŞ-ın SUV avtomobil istehsalçısı Tesla şirkətin ən son modeli Model Y-ni təqdim etdi. Model 3-dən daha geniş bi