Gmail'ə daxil olan məktubları tək siz oxumursunuz

  • 04 İyul 2018
  • 136

  2017-ci ildə Google şirkəti bildirmişdi ki, o, Gmail-ə daxil olan məktublardan istifadəçi məlumatlarını artıq əldə etmir. Bununla belə şirkət kənar tərtibatçılara istifadəçilərin məktublarını oxumağa icazə verir. Bu barədə The Wall Street Journal saytı xəbər verib. Məlumatda qeyd olunub ki, Google şirkəti kənar tərtibatçıların istifadəçi məktublarını oxuma prosesini və onlardan əldə olunan məlumatların hansı məqsədlə istifadə edildiyini idarə etmir. Həmin tərtibatçılar kommersiya məqsədli istifadəçi məlumatlarını yığan şirkətlər ilə əməkdaşlıq edirlər. Məsələn Return Path adlı şirkət əsasən Gmail, Microsoft ə Yahoohesablarına qoşulu olan pulsuz tətbiqlərdən olan məlumatları yığır.

    Məlumatda qeyd olunub ki, Return Path şirkəti iki milyona yaxın insanın elektron poçt ünvanlarına gələn məlumatları əldə edə bilir. Hal hazırda Return Path kimi şirkətlərin və ya digər tərtibatçıların yığdıqları bu məlumatlardan sızıntıların olub-olmadığı barədə məlumat yoxdur. Google şirkəti isə istifadəçi məlumatlarını yığan pulsuz tətbiqlərin sayını tam olaraq açıqlamır. Bununla yanaşı şirkət dəfələrlə qeyd edir ki, tərtibatçılar həmin məlumatları istifadəçilərin razılığı olmadan onları üçüncü tərəfə göstərə bilməzlər. Həmçinin şirkət sözügedən məlumatların kopyalanmasını və onların saxlanmasını qadağan edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Programlar

“Twitter” 70 milyon hesabı blok etdi

“Twitter” sosial şəbəkəsi may ayından 70 milyondan çox saxta və şübhəli hesabı bağlayıb.

ichip.az “The Wa

Göz protezləri 3D printerdə çap ediləcək

Cənubi Koreyanın Yonsei Universitetinin Severans klinikası üçölçülü çapın köməyilə yaradılmış göz protezlərinin kommersiyalaşdırılması haqqında məlumat verib.

<

Instagram, Hekayələrdə Alış-Veriş Xüsusiyyətini İstifadəyə Təqdim edib

Instagram, markaların məhsulları üçün mübadilə etiketləri əmələ gətirməsi Hekayələrdə Mübadilə xüsusiyyətini qlobal miqyasda istifadəyə təqdim etməyə başlayıb.
D

Google istifadəçiləri izləyir

Associated Press saytı Google şirkəti barəsində olan maraqlı tədqiqatını yekunlaşdırıb. Həmin tədqiqata əsasən şirkətin, Android və iOS əməliyyat sistemli smartfonlar ü

Apple, iOS 13 ilə WhatsApp kimi proqramları məhdudlaşdırır

İOS 13 ilə birlikdə Apple cihazlarında edilən dəyişiklik, VoIP tətbiqləri tərəfindən toplanan məlumatları məhdudlaşdırır. 

C