GTA 6 sızdırıldı ?

  • 03 İyul 2018

Rockstar Games şirkətinin məhşur GTA seriyası 5-ci oyun ilə birliktə satış rekordları qırmışdı. Və qeyd edək ki, hələ də çox sayda satılır. Bir sonrakı oyun olan GTA 6 ilə bağlı internetdə bir çox şaiyə və yalan xəbərlər var. Lakin bu günlərdə GTA 5 Online-a girən istifadəçilər bir bildiriş ilə qarşılaşdılar: "GTA 6 2019-da gəlir"

Reddit'də açılan mövzularda istifadəçilər GTA 5 Online oyunundan şəkillər atdılar və Rockstar tərəfindən onlara gələn mesajı göstərdilər: GTA VI Coming 2019    

Ağıllara bir çox sual gətirən bu bildirimdən sonra bir çox insan bunun modçular tərəfindən edilmiş bir troll kimi qiymətləndirdi. Digər məntiqli səbəb isə Rockstar kimi bir oyun şirkətinin bu qədər pis PR örnəyi göstərərək oyunu GTA 5 Online vasitəsi ilə tanıdmasının mümkünsüz olmasıdır. Şəkillər ilk öncə PS3 istifadəçiləri tərəfindən gəlsə də, sonralar PC oyuncuları da bu mesajların gəldiyini təsdiqlədi. Anlaşılan GTA 6-nı gözləyən gamer sayısı 5-ə nisbətən daha çoxdur.