Xiaomi Mi Mix 3-ün ilk render fotoları yayıldı!

  • 02 İyul 2018
  • 81

   Çinin IThome adlı mənbəsi Xiaomi Mi Mix 3 flaqman modelinin ilk render fotolarını paylaşıb. Fotolardan da görmək olar ki, yeni smartfon modeli çıxıntısız, çərçivəsiz böyük ekrana və ikili arxa kameraya sahib olacaq. Əvvəlki Mi Mix modellərinin yuxarı hissələrində nazik çərçivələr olduğundan onlarda ön kamera aşağı hissədə yerləşirdi. Lakin görünür, Mi Mix 3-də ön kamera Vivo NEX smartfonundakı kimi olacaq. Yəni ön kamera cihazın yuxarı hissəsindəki xüsusi kiçik platformada yerləşəcək.

    İlk baxışdan belə nəticəyə gəlmək olar ki, təqdim olunmuş render fotolar fake-dir. Lakin 2015-ci ildə şirkət bu cür texnologiyanı qeydiyyatdan keçirtmişdi. Buna görə də təqdim olunmuş fotolar real ola bilərlər. Bununla yanaşı Mi Mix 3-də ekrana inteqrasiya olunmuş barmaq izi skanı və naqilsiz şarj texbnologiyası gözlənilir. Smartfonun texniki özəllikləri barəsində məlumatlar olmasa da çox güman ki, o, Qualcomm şirkətinin sonuncu flaqman prosessoru əsasında çalışacaq. Nəzərə alsaq ki, Xiaomi Mi Mix 2 keçən ilin Sentyabr ayında təqdim olunmuşdu, yeni modelin bu ilin Sentyabr ayında təqdim olunacağı da heç istisna deyil.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Texnologiya

Tarixdə ilk dəfə fikirləri anında sözlərə çevirən cihaz hazırlandı

Chip.az bildirir ki, Facebook tərəfindən də dəstəklənən yeni bir araşdırma sayəsində

Yaranı sağaltmaq üçün bədən temperaturunu istifadə edən bint hazırlanır

Chip.az bildirir ki, Harvard Universitetinin alimləri, yaraların sağalma sürətini artırac

Dünyada bir ilk: Maye soyutmalı SSD istehsal edildi

Mərkəzi Tayvan olan texnologiya istehsalçısı Team Group, milyonlarla insanın marağını cəlb edən bir işə imza ataraq

Kiçik ölçüdə Günəş istehsal edildi

ABŞ-da yerləşən Viskonsin-Medison Universitetindən tədqiqatçıları Günəş küləklərini araşdırmaq və Günəşin quruluş

Alimlər qırpıla bilən insan gözü hazırladı

Alimlər, insan gözünün mürəkkəb quruluşunu müəyyən dərəcədə təqlid edən və göz qırpa bilən süni göz hazı