Tədqiqat: Keçmiş Android istifadəçiləri daha köhnə iPhone modellərinə üstünlük verirlər

  • 02 İyul 2018
  • 58

    Consumer Instelligence Research Partners şirkətinin tədqiqatçıları smartfon bazarı barəsində maraqlı statistikanı təqdim ediblər. Onlar satılmış smartfonların sayını və ya hansı əməliyyat sisteminin məşhur olduğunu araşdırmayıblar. Bunun yerinə onlar keçmiş Androidistifadəçilərinin arasında hansı iPhone modellərinin məşhur olduğunu araşdırıblar. Məlum olub ki, keçmiş Android istifadəçiləri arasında köhnə iPhone modelləri daha məşhurdur. Şirkət mütəxəssisləri 2017-ci ilin Sentyabr ayından 2018-ci ilin Mart ayına kimi tədqiqatlar aparıblar.

    Bu müddət ərzində onlar iPhone istifadəçilərindən öyrənirdilər ki, onlar işlətdikləri smartfondan əvvəl hansı cihazdan yararlanıblar. Əldə olunmuş nəticəyə əsasən iPhone SE, iPhone 6 Plus, iPhone 6S Plus, iPhone 7  iPhone 7 Plus kimi köhnə modellər keçmiş Android istifadəçilər arasında daha məşhurdur. Lakin iPhone 8, iPhone 8 Plus  iPhone Xkimi cihazları isə əsasən daha təcrübəli Apple istifadəçiləri əldə edirlər. Şirkətin hesablamalarına əsasən təqdim olunmuş 6 ay ərzində Apple 132.5 milyon ədəd iPhone satıb. Statistikaya əsasən həmin göstəricidən 26.5 milyon ədəd iPhone modeli keçmiş Android istifadəçiləri tərəfindən alınıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Maraqlı

Terroristlər kriptovalyuta istifadə edir

Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin (FSB) rəhbəri Aleksandr Bortnikov Düşənbədə keçirilən MDB dövlətlərinin təhlükəsizlik xidmətləri rəhbərlərinin görüşü

Suya düşən telefonu necə bərpa etmək olar? - SADƏ ÜSULLAR

Chip.az xarici KİV-ə istinadla bildirir ki, suya düşən telefonu dərhal çıxarmaq la

Benfica futbol klubu kriptovalyuta qəbul edir

Portuqaliyanın məşhur futbol klubu – Benfica ödəniş vasitəsi kimi bitcoin, ethereum və UTRUST (UTK) tokenlərini qəbul etməyə başlayacaq. 

Chip.a

Vivo 120W-luq şarj cihazını təqdim etdi

Bu həftənin başlanğıcinda Vivo Çin sosial media şəbəkəsi Weiboda Şanxayda MWCyə qatılacağını açıqlamışdı.

Chip.az xəbər verir ki,

Olimpiadada sifətlər tanınacaq

Dünyanın ən iri elektronika, kompüter texnikası və telekommunikasiya avadanlığı istehsalçılarından biri olan Yaponiyanın "NEC" şirkətinin nümayəndəsi elan edib ki, onlar tə