Yeni iPhone modellərindən biri Geekbench testindən keçdi

  • 02 İyul 2018
  • 61

   Bu ilin Sentyabr ayında təqdim olunacaq 3 iPhone modelinin artıq bir neçə dəfə render fotoları yayılıb. Lakin onlar real cihazın render fotoları deyil, zavod çertyojları əsasında hazırlanmış render fotoları olub. İndi isə iPhone modellərindən biri məşhur Geekbenchbençmark testində aşkar edilib. Geekbench testlərinə əsasən yeni iPhone modeli iOS 12əməliyyat sistemi və D321AP prosessoru ilə təchiz olunacaq. Sözügedən prosessor çox güman ki, iPhone X-in D22AP seriya nömrəli Apple A11 Bionic prosessorunun təkmilləşdirilmiş versiyasıdır.

    Bununla yanaşı yeni iPhone 4 GB RAM-a da sahib olacaq. iPhone X 3 GB RAM ilə təchiz olunur. Birnüvəli testdə yeni iPhone 4673 xal, çoxnüvəli testdə isə 10912 xal yığıb. Müqayisə üçün qeyd etmək lazımdır ki, iPhone X həmin testlərdə 4200 və 10000 xal yığmışdır. Geekbench testində keçmiş smartfonun adı iPhone 11.2 kimi qeyd olunub. Ola bilər ki, yeni iPhone modellərindən birinin adı iPhone 11 olsun. Geekbench saytında smartfon barəsində digər bir məlumat aşkar edilməyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Maraqlı

Xəstəliklərlə mübarizənin yeni üsulu - mini robotlar

Elm insanlarının inkişaf etdirdiyi robotlar, pyezoelektrik üsulundan istifadə edərək hərəkət edə bilir. Elm insanları bu robotların hərəkətinə nəzarət edərək insan bəd

Dünya Tarixinin Ən Uzun Müddətli Təyyarə Səfəri Başlayır


Sinqapur Hava Yolları, aralarında təxminən 15.000 kilometr məsafə olan ABŞ və Sinqapur səfərlərinə yenidən başlayır. Ən son 2013 ildə görülən və şirkəti iqtisadi ola

Hanson Robotics uşaqlara kodlaşdırmanı öyrədəcək robotu təqdim edir: Little Sophia

Chip.az bildirir ki, Sophia 14 düymlük bir bacısı da var: hansıkı uşaqlara kodlaşdırmağı öyrətməyə kömək etmək istəyən Littlr Sophia.

Dronun idarəetməsini 10 dəqiqə ərzində ələ keçirmək mümkündür

Chip.az xəbər verir ki, o, bunu, pilotsuz qurğunun proqram təminatında aşkarladığı təhlükəli protokollar vasitəsilə etdi. Bu təcrübənin məqsədi - əşyal

Pepe, sevimli ev heyvanınızın üçün 660 dollara sauna təklif edir

Bir dəsmal ilə qurutma həmişə kifayət olmur. Eləcədə bir saç qurutma maşınının səs-küyü sevimli ev heyvanınızı narahat edə bilər. Lakin, CES 2019-da Koreya