Apple-ın maraqla gözlənilən yeni təchizat məhsullarının çıxış tarixi

  • 02 İyul 2018
  • 52

Texnologiya nəhəngi Apple məhsul çeşidini hər il daha da çoxaldır. Son dövrlərdə səs təchizatı tərəfinə ağırlıq verən firma yeni məhsullarını tanıtmağa hazırlaşır. Bloomberg-in etibarlı mənbələrə sahib redaktoru Mark Gurman-ın sözlərinə görə, Apple üst səviyyəli AirPods, yeni HomePod və danışılabilinən inkişaf etdirilmiş başüstü qulaqlıq modelini 2019-cu il ərzində təqdim edəcək.

Daha əvvəl sentyabr ayındakı iPhone tədbirində tanıdılacağı düşünülən məhsullar artıq mütləq şəkildə gələn ilə saxlanılıb.

“Pro” bəzəyilə gələbiləcəyi bildirilən yeni AirPods-un “səs-küy əngəlləmə” xüsusiyyətilə gələcəyi bildirilir.

Su keçirməz olacağı da bildirilən qulaqlıq bu detallar ilə ilk versiyasının populyarlığını da keçəcək kimi görünür. Eyni zamanda, gücləndirilən bağlantı ilə cihazlardan daha çox uzaqda işləyəbiləcəyi də deyilən məhsul eyni dizaynını qoruyacaq. Bundan başqa, məhsulun nəbz ölçmə kimi biometrik xüsusiyyətinin olması da gözlənilir.

Şirkətin başüstü formasında hazırladığı digər qulaqlığın studiya keyfiyyətində səs verəcəyi deyilir. Tamamilə yeni bir dizayna sahib olacaq məhsul kabelsiz olaraq işləyəcək. AirPods kimi W1 çipi ya da daha yenisi üzərində qurulacaq qulaqlıq Primax və SZS şirkətləri tərəfindən istehsal ediləcək.

Yeni HomePod haqqında isə çox məlumatımız yoxdur. Sadəcə olaraq, istehsalçısının dəyişəcəyi bildirilən məhsulun ilk versiyasının əksikliklərindən yaxa qurtarıla bilər. Bundan başqa, bəzi mənbələr daha uyğun qiymətli bir HomePod-un gələcəyini deyir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır