Finlandiya telekommunikasiya korporasiyası Nokia yeni strategiya elan etdi və yeni loqo təqdim etdi.
"Biz məhsuldarlığı, davamlılığı və əlçatanlığı əhəmiyyətli dərəcədə yaxşılaşdırmaq potensialı ilə biznes, sənaye və cəmiyyətə transformasiya etmək üçün rəqəmsal texnologiyaların potensialını görürük. Bu gün biz yenilənmiş şirkətimizi və texnologiya strategiyamızı şəbəkələrin potensialının açılmasına – şəbəkələrin buludla qarşılaşdığı gələcəyin yaradılmasına yönəldilən fokusla paylaşırıq", - deyə "Nokia" prezidenti Pekka Lundmark mesajda bildirib.
Şirkət loqosunu da yeniləyib. Yeni loqo "Nokia" sözünü əmələ gətirmiş beş müxtəlif formadan ibarətdir. Köhnə loqonun ikonik mavi rəngi isə loqonun istifadəsindən asılı olaraq bir sıra rənglərlə əvəz olunub.
"Yeni şirkətin loqosu enerjili, dinamik və müasir Nokia-nı simvolizə edir, öz dəyərlərini və məqsədini nümayiş etdirir. Bu, əməkdaşlığın rəmzi kimi nəzərdə tutulub. "Nokia"nın fikrincə, bu, şəbəkələrin potensialının reallaşması üçün olduqca vacibdir: dözümlülük, performans və əlçatanlığın faydalarını açmaq", - deyə şirkətin məlumatında bildirilir.