Samsung Exynos 1380 adlı yeni orta səviyyəli prosessorunu təqdim edib

  • 22 Fevral 2023

Samsung şirkəti heç bir təqdimat tədbiri keçirtmədən öz saytında Exynos 1380 adlı yeni prosessoru barəsində məlumatları yerləşdirib. Technote.az-a istinadən Chip.az xəbər verir ki, bəzi məlumatlara əsasən sözügedən prosessor ilk olaraq Galaxy A34 və A54 smartfonlarına quraşdırılacaq. Beləliklə Exynos 1380 prosessoru 5 nanometrlik texnoloji proses əsasında hazırlanıb və orta səviyyəli smartfonlar üçün nəzərdə tutulub. Onun konfiqurasiyasında müasir nüvələr yoxdur. Belə ki, Exynos 1380 prosessoru özündə 2.4 GHz tezlikdə çalışan 4 ədəd Cortex-A78 nüvəsini və 2 GHz tezlikdə çalışan 4 ədəd Cortex-A55 nüvəsini birləşdirir.

    Bu cür konfiqurasiyaya hələ bir neçə il bundan öncəki digər mobil prosessorlarda rast gəlmək mümkün idi. Exynos 1380-də qrafik özəlliklərdən Mali G68 MP5 qrafik çipi cavabdehdir. Snapdragon 778G prosessoru da bu cür konfiqurasiyalara sahibdir. Buna görə də böyük ehtimal ilə Exynos 1380 prosessoru məhz Snapdragon 778G səviyyəsində olacaq. Onu da qeyd etmək lazımdır ki, Exynos 1380-in tərkibinə 5G modem daxildir və prosessorun özü LPDDR5X standartlı RAM yaddaşlarını, UFS 3.1 standartlı daxili yaddaş həcmlərini, 144 Hz-ə kimi təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli ekranları və 200 MP-ə kimi olan kamera obyektivlərini dəstəkləyir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır