Amazon evdə müşahidə aparan pilotsuz uçan aparatı istifadəyə verib

  • 31 Oktyabr 2022

 

“Amazon” şirkəti evin uzaqdan monitorinqi üçün “Ring Always Home Cam” adlı ev dronunu təqdim edib. Dron kameraya malikdir, əvvəlcədən təyin edilmiş marşrut üzrə hərəkət edə bilir və smartfondan idarə olunur. Beləliklə, dron əl ilə istənilən nöqtəyə gətirilə bilər.

Həmçinin, dron “ağıllı ev” Ring Alarm sisteminin siqnallarına cavab verə bilir. Bu halda o, həyəcan siqnalının harada və niyə çaldığını yoxlamaq üçün uçacaq.

Boş rejimdə dron şarj edildiyi dok stansiyasındadır. Eyni zamanda, kameranın obyektivini bloklayır. Yeniliyin qiyməti 250 dollardır (təxminən 18 150 rubl), ABŞ-da ilin sonuna qədər peyda olacaq.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır