Xiaomi yaxın zamanda Mi Band 7 Pro-nu təqdim edə bilər

  • 01 İyun 2022

Xiaomi Mi Band 7 smart qolbağının təqdimatından sonra internetdə onun Pro versiyası barəsində məlumatlar çıxmağa başladı.

Chip.az xəbər verir ki, İnsayderlərin verdikləri məlumata əsasən Mi Band 7 Pro adi Mi Band 7-dən 2 özəlliyə görə fərqlənəcək. Gözləntilərə əsasən Mi Band 7 Pro modeli GPS modul əldə edəcək və onun batareya həcmi 250 mAh-a yüksəldiləcək. Bundan əlavə olaraq adi Mi Band 7 modeli ilə müqayisədə Mi Band 7 Pro-da daha böyük ölçülü ekran reallaşdırıla bilər.

Qeyd etmək lazımdır ki, Xiaomi hələ bu cür smart qolbağın təqdimatı barəsində rəsmi bir məlumat verməyib. Mi Band 7 Pro-nun adı bir neçə müddət bundan öncə Mi Door Lock adlı smart qıfılın tətbiqinin kodunda aşkar edilmişdi. Lakin daha sonra qolbağın adı həmin tətbiqdən silindi. Məlumata əsasən Mi Band 7 Pro-nun təqdimatı yaxın zamanda baş tutacaq. Bəzi məlumatlara əsasən smart qolbaq iyun ayında təqdim edilməsi gözlənilən Xiaomi 12 Ultra ilə birlikdə sərgilənəcək. Smart qolbağın dəqiq olaraq hansı texniki özəlliklərə sahib olacağı barəsində isə heç bir məlumat yoxdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Tövsiyə Edilən Xəbərlər