Apple-dan M2 prosessoru ilə MacBook Air sürprizi

  • 30 May 2022

Apple World Developers Conference (WWDC) zamanı M2 prosessorlu MacBook Air modelinin təqdim oluna biləcəyi məlum olub.

Chip.az xarici mənbəyə istinadən xəbər verir ki, məlumatları paylaşan Mark Gurmanın iddiasına görə, Apple 6-10 iyun tarixləri arasında keçiriləcək WWDC tədbirində yeni M2 prosessoru MacBook Air modelini təqdim etməyə hazırlaşır. Onun 24 düymlük iMac modellərində olduğu kimi birdən çox pastel rəngə sahib olacağı bildirilir. Mavi, yaşıl, çəhrayı, qırmızı, sarı, narıncı və bənövşəyi və ya tünd mavi rənglərlə təqdim oluna bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır