YouTube videoların ən çox baxılan hissələrini göstərəcək

  • 19 May 2022

Yeni funksiya ilə YouTube videolarının gedişat panelində qrafik görünəcək və YouTube istifadəçiləri videoların ən çox baxılan hissələrini görə biləcəklər.

Chip.az xarici xəbərə istinadən xəbər verir ki, bu funksiyanın məzmun istehsalçıları üçün izləyicilərinin istəkləri ilə bağlı bələdçi olacağı da bildirilir. 

Baxış qrafiki yeniləmə paketi ilə platformada yerləşdiriləcək. Bu yeniləmə paketinin YouTube-un epizod funksiyası ilə işləyən, Premium istifadəçilərə baxdıqları videonun bir anına birbaşa keçməsinə imkan verən başqa bir funksiyanın və videoların və çalğı siyahılarının təkrar-təkrar səsləndirilməsinə imkan verən düymənin olduğu açıqlanıb. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Tövsiyə Edilən Xəbərlər