“Apple” artıq tətbiqlərdə qiymət artımı olsa da abunəlikləri dayandırmayacaq!
Chip.az xarici xəbərə istinadən xəbər verir ki, "Apple", "App Store"-un qiymət siyasətində dəyişikliklər etdiyini açıqladı. Açıqlamaya görə, müəyyən şərtlər daxilində ediləcək artımlar üçün abunəliyin yenilənməsinə ehtiyac olmayacaq. İstifadəçi yeni qiymətlə birbaşa ödəməyə başlayacaq. Şirkətin internet saytından edilən açıqlamalarda bundan sonra aktiv abunələrdə hər hansı qiymət artımı üçün istifadəçi icazəsinin alınmayacağı bildirilib. Bununla belə, qiymət dəyişiklikləri üçün istifadəçinin razılığı olmadan tətbiq olunacaq bəzi məhdudiyyətlər və şərtlər olacaq. "Apple"-ın köhnə siyasəti olduqca aydındır. İstifadəçi aldığı abunəliyin qiyməti dəyişdikdə məlumat alır və 1 sent fərq olsa belə abunəliyini yeniləyirdi. İndi belə olmayacaq. Artıq müəyyən səviyyəyə qədər artımlar üçün istifadəçi təsdiqləri olmayacaq. İstifadəçilər qiymət dəyişikliyindən xəbərdar olmadan ən son qiymətləri ödəməyə başlayacaqlar. Bu, görünür ki, ictimai müzakirələrə səbəb olacaq. “Apple”ın saytında yer alan açıqlamaya görə, belə bir qərara səbəb istifadəçilərin özlərinin istəmədən aktiv abunəliklərini itirmələridir. "Apple"-ya görə, istifadəçilərə köhnə qaydada bildirişlər və ya mesajlar göndərilsə də, bu bildirişlərə baxılmır və onlar xidmət abunəliklərini itirirdilər. Çünki, onlar abunə yeniləməsini etmirdilər. "Apple" bunun qarşısını almaq üçün bu dəyişikliyi etdiyini bəyan edir. "Apple"-ın bəyanatına görə, tərtibatçılar illik abunə haqqının 50 faizi və ya aylıq abunə haqqının 50 faizi üçün olan artımlarda istifadəçilərdən razılıq almayacaqlar. "App Store" mövcud abunəliyi avtomatik yeniləyəcək və istifadəçi abunə hüququnu itirmədən aldığı xidmətdən istifadə etməyə davam edə biləcək. "Apple", həmçinin, bildirir ki, avtomatik yeniləmə artımları ildə bir dəfə məhdudlaşdırılmalı və yerli qanunlara uyğun olmalıdır. Əks halda, istifadəçilərin təsdiqinə ehtiyac olacaq.