"EA Sports"un baş menecerinin müavini Cam Weber "EA Games"in rəsmi saytında məqalə dərc edib. Yayımlanan yazıda FIFA brendi ilə razılaşmadan sonra ilk detallar paylaşılıb.
Chip.az xarici mənbəyə istinadən xəbər verir ki, məlumata əsasən, 2023-cü ilin iyul ayından etibarən futbol oyunları FIFA deyil, "EA Sports FC" adı ilə buraxılacaq. 2022-ci ildə buraxılacaq son oyun yenidən FIFA adlanacaq.
Weber məlumatda qeyd edir ki, bu FIFA indiyə qədər çıxan ən yaxşı FIFA olacaq. Bu oyunda bir çox yeni rejimlər, funksiyalar, Dünya Kuboku məzmunu, komandalar və liqalar olacaq.