Gucci kriptovalyuta ilə bağlı qərarını açıqlayıb

  • 06 May 2022

Dünyanın ən prestijli moda markalarından biri olan "Gucci" bəzi mağazalarında kriptovalyutaları ödəniş üsulu kimi qəbul etməyə başlayacağını açıqlayıb.

 

Chip.az xarici mənbəyə istinadən xəbər verir ki, İtaliya mərkəzli moda nəhəngi, 10 fərqli kriptovalyuta qəbul ediləcək. Bunlara: "Bitcoin", "Ethereum", "Dogecoin" və "Shiba Inu" kimi məşhur kriptovalyutalar daxildir.

 

Hər gün daha çox insan tərəfindən qəbul edilən kriptovalyutalar bir çox ölkə və şirkətin gündəmini zəbt etməkdə davam edir. Fərqli sektorlardan olan bir çox şirkət valyutaların gələcəyi kimi görülən bu rəqəmsal valyutalara investisiyalarını artırmağa çalışır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Tövsiyə Edilən Xəbərlər