Sosial media platformaları dünya miqyasında 4,6 milyardı keçən aktiv istifadəçi sayı ilə böyüməyə davam edir. İş dünyasının vazkeçilməz elementinə çevrilən sosial media platformaları işçilərin özləri, iş və şəxsi həyatları haqqında ətraflı məlumat əldə etmək imkanı da təqdim edir. Bu nöqtədə işçilərin həm şəxsi imicləri, həm işlədikləri şirkət, həm də şəbəkədə olduqları mühit üçün iş həyatında sosial mediadan istifadə etmələrinə diqqət yetirmələri böyük əhəmiyyət kəsb edir.
Chip.az xarici mənbəyə istinadən sosial mediada edilən 5 səhvi təqdim edir.
1. Şişirdilmiş şərhlər yazmaq
Müxtəlif sosial media platformalarının, xüsusən də "Twitter"in gündəmini siyasi hadisələr müəyyən edir. Bu məqamda işçilərin siyasi-ictimai hadisələr qarşısında təhqiredici və ayrı-seçkilik xarakterli ifadələr işlətməməsi böyük əhəmiyyət kəsb edir. Həddindən artıq şərhlər işçilərin iş həyatına zərər verməklə yanaşı, müxtəlif mobbinq vəziyyətlərinə də yol açır.
2. Məxfilik pozuntuları
İşçilərin sosial mediadan istifadəsi araşdırıldıqda məxfilik pozuntularına yol verildiyi statistikada öz əksini tapır. Xüsusilə "LinkedIn" kimi biznes yönümlü sosial media platformalarında şəxsi həyatla bağlı paylaşımlar və məxfiliyin pozulması şəxsi və korporativ imicinə zərər verir.
3. Uyğun olmayan platforma seçimi
Dünyanın qabaqcıl sosial media platformaları təşkilati quruluş və aktiv istifadəçilərin sayı baxımından biznes, gündəm, həyat tərzi və şəbəkələşmə kimi fərqli istifadə sahələri ilə seçilir. Sosial media platformalarından düzgün istifadə edilməsi böyük əhəmiyyət kəsb edir. Əks halda, işçilərin fərdi profillərindən sui-istifadə korporativ imic və fərdi reputasiya üçün mənfi nəticələrə səbəb olur.
4. Məlumat məxfiliyinə əhəmiyyət verməmək
Kiberhücumların və məlumat oğurluğunun qarşısını almaq üçün işçilərin iki faktorlu autentifikasiya, güclü parolların yaradılması, şəxsi məlumatların və profillərin məxfiliyi kimi bəzi ehtiyat tədbirləri görmələri zəruri deyil. Hesabların oğurlanması nəticəsində yaranan neqativ hallar qurumun və fərdin imicinə böyük zərbə vura bilər.
5. Şəxsi və iş hesabları arasındakı fərqləri bilməmək
İşçilərin ən çox etdiyi səhvlərdən biri şəxsi və iş hesabları arasındakı fərqləri bilməməkdir.
İşçilərin yol verdiyi digər səhvlər isə bunlardır: nəsə paylaşmazdan əvvəl düşünməmək, tələsik paylaşımlar etmək, orfoqrafiya qaydalarına fikir verməmək, qeyri-peşəkar cavablar vermək, sosial media profillərində yanlış məlumat paylaşmaq. Bütün bu amillər rəqəmsal dünyada işçilərin şəxsiyyətinə müsbət və ya mənfi təsir göstərən amillər kimi diqqət çəkir.