Snap işarə dillərindən istifadəni təşviq etmək üçün qabaqcıl əl izləmə sistemini Snapchat filtrinə çevirir.
Chip.az xəbər veriri ki, Snap işarə dillərinin istifadəsi ilə bağlı məlumatlılığı artırmaq məqsədi daşıyır. Bu səbəbdən şirkət Snapchat-a işarə dili obyektivi əlavə edəcəyini açıqlayıb. İşarələri anlamaq və tərcümə etmək üçün istifadə ediləcək obyektiv Amerika İşarə Dilini (ASL) dəstəkləyəcək. Bundan əlavə, Snapchat istifadəçiləri bu linzanın daxil edəcəyi müxtəlif məşqlər və oyunların köməyi ilə işarə dilini öyrənə biləcəklər.