"Spotify" yeni xüsusiyyətini açıqlayıb

  • 05 Aprel 2022

"Spotify"ın seçilmiş kuratorlar (Featured Curators) adlandırdığı xüsusiyyət, istifadəçilərin "Spotify"da yaratdığı pleylistləri gücləndirmək üçün nəzərdə tutulmuş məhdud zamanlı testin bir hissəsidir.

Chip.az xarici mənbəyə istinadən xəbər verir ki, "Spotify"ın yeni təqdim etdiyi bir xüsusiyyət, "Spotify" istifadəçiləri tərəfindən yaradılan çalğı siyahılarını vurğulamağa kömək edir. Deməli, bu, musiqiçilər üçün müsbət addımdır.

Yeni xüsusiyyət hələ də pilot mərhələdədir. Bir sözlə, yeni funksiya istifadəçilərin "Spotify"da yaratdığı pleylistləri gücləndirmək üçün nəzərdə tutulmuş məhdud zamanlı testin bir hissəsidir. Bu funksiya həm də dinləyicilərin platformada daha çox musiqi kəşf etməsi üçün yeni bir üsuldur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Tövsiyə Edilən Xəbərlər