Oskar mükafatının qalibləri bəlli olub

  • 28 Mart 2022

Fərqlilikləri ilə yadda qalan 94-cü "Oskar" mükafatının qalibləri bu gecə müəyyənləşib.

Chip.az xəbər verir ki, "Ən yaxşı film" nominasiyasında "CODA" filmi, "Ən yaxşı xarici dili film" isə "Drive my car" ekran əsəri qalib olub.

"Ən yaxşı aktyor" Vill Smit, "Ən yaxşı aktrisa" Cesika Çestein, "Ən yaxşı rejissor" isə Cein Kampion ("The Power of Dog") seçilib.

"Ən yaxşı ssenari" nominasiyasının qalibi isə "Belfast" filmi ilə Kennes Branag olub.

"Dune" filmi namizəd olduğu 10 nominasiyadan 6-sında qalib olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır