ABŞ-ın Colgate-Palmolive şirkəti Rusiyada investisiyalarını və reklam yatırımlarını dayandırır

  • 14 Mart 2022

ABŞ-ın “Colgate-Palmolive” şirkəti Rusiyada investisiyalarını və reklam yatırımlarını dayandırır.

Chip.az xarici mənbəyə istinadən xəbər verir ki, Amerikanın ''Colgate-Palmolive'' şirkəti gündəlik sağlamlıq və gigiyena məhsulları istisna olmaqla, Rusiyaya bütün malların idxalını dayandırıb. Bundan əlavə, şirkət ölkədə bütün investisiya və təşviqat fəaliyyətini dayandırıb. ''Colgate-Palmolive'' bu qərarı Ukraynada baş verənlərə görə verib.

"Biz həmçinin bütün kapital qoyuluşlarını, media və reklam fəaliyyətlərini dayandırdıq", - şirkətin açıqlamasında deyilir.

Bundan əvvəl oxşar qərar ''Ariel'', ''Tide'', ''Lenor'', ''Fairy'', ''Pampers'', ''Gillette'', ''Head & Shoulders'', ''Pantene''brendləri altında məhsul istehsal edən ''Procter & Gamble'' şirkəti tərəfindən verilmişdi. Nəticədə, şirkət müştərilərə xəbərdarlıq edib ki, məhsulların satış qiyməti martın 15-dən orta hesabla 43%, bəzi mallar üzrə isə 65-70%-dən çox artacaq. Məsələn, körpələrə qulluq vasitələrinin qiyməti 47%, saça qulluq vasitələrinin qiyməti 63%, peşəkar təmizlik vasitələrinin qiyməti isə 74% artacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır