''Microsoft'' Rusiyada məhsul satışını dayandırır

  • 07 Mart 2022

Ukrayna hücumundan sonra bütün dünyanın reaksiyasına səbəb olan Rusiyaya digər reaksiya ''Microsoft''dan gəldi.

Chip.az xarici mənbəyə istinadən xəbər verir ki, ''Microsoft'' Rusiyada bütün məhsul satışlarını dayandırdığını açıqlayıb.

''Microsoft'' bu addımları Rusiyaya qarşı "konkret addımlar" kimi xarakterizə edərkən, artıq məhsul almış insanların məhsullarından istifadə etməyə davam edə biləcəklərini, lakin yeni məhsullar almaq və abunəliklərini yeniləmək istəyən istifadəçilərin bu qadağadan təsirlənəcəyini açıqlayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır