İnstaqram video subtitrlər təqdim edəcək

  • 03 Mart 2022

İnstaqram videolar üçün avtomatik yaradılan subtitrlər üçün yeni funksiya təqdim edəcək. Bu barədə şirkətin rəhbəri Adam Mosseri Twitter-də məlumat verib.

Chip.az xarici mənbəyə istinadən xəbər verir ki, istifadəçilər parametrlər bölməsində videolar üçün subtitrləri yandırıb söndürə bilərlər. Subtitrlər ingilis, alman, rus, yapon daxil olmaqla 17 dildə daxil edilib. Eyni zamanda altyazı yaradan süni intellekt də təkmilləşəcək.

Qeyd edək ki, yeni funksiya eşitmə problemi olan istifadəçilər üçün rahatlıq təmin etmək üçün nəzərdə tutulub. Yenilikdən əvvəl videonu çəkənlər özləri videoya subtitr əlavə etməli idilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır