Platformada maksimum 3 dəqiqə ilə məhdudlaşdırılan videoların müddəti 10 dəqiqəyə qədər uzadılacaq.
Chip.az xəbər verir ki, keçən iyul ayında ''TikTok'' 60 saniyədən 3 dəqiqəyə qədər artırdığı maksimum video müddətini 10 dəqiqəyə qədər artırmaq qərarına gəlib.
''TikTok'' gələn həftələrdə yaradıcılara qlobal miqyasda daha uzun videolar çəkməyə imkan verən funksiyanı istifadəyə verəcək.