İnstaqram IGTV funksiyasını bağlayır

  • 01 Mart 2022

İnstaqram video məzmunu tamamilə İnstaqram tətbiqindən idarə etmək istədiyini açıqlayıb. Şirkət IGTV tətbiqini bağlamaqla yanaşı, IGTV reklamlarını da platformadan siləcək.

Chip.az xarici mənbəyə istinadən xəbər verir ki, IGTV tətbiqinin martın ortalarında ləğv ediləcəyi gözlənilir. Şirkətin bu addımı atmasının səbəbi video prosesləri sadələşdirmək istəməsidir.

Bununla bərabər İnstaqram istifadəçilərin gəlir əldə edə biləcəyi yeni modellər üzərində işlədiyini bildirib. Bütün diqqətini Reels formatına çevirən İnstaqram, gəlir modellərini də Reels üzərində qurur. Əvvəlki aylarda Reels reklamlarını elan edən şirkət indi Reels bonus proqramı üzərində işləyir. Bu proqramla məzmun istehsalçılarının hər ay gəlir əldə etməsi planlaşdırılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır