''Tik tok''dan yeni funksiya

  • 25 Fevral 2022

''TikTok'' platformanın yetkinlik yaşına çatmayan istifadəçilərinin təhlükəsizliyini təmin etmək üçün yeni funksiyalar açıqlayıb. Xüsusilə potensial təhlükəli məzmunlar, o cümlədən şübhəli çağırışlar və saxtakarlıqlar bloklanacaq. 

Chip.az xarici mənbəyə istinadən xəbər verir ki, zərərli videolar dərhal bloklanacaq və potensial zərərli məzmun axtaran istifadəçilər proqram daxilində yeni ''TikTok'' bələdçisinə yönləndiriləcək. 

Fevral ayından etibarən potensial təhlükəli çağırışlar və saxtakarlıqlar platformada ayrıca kateqoriyaya ayrılıb. Yaxın gələcəkdə istifadəçilərin özləri azyaşlıları təhlükəli fəaliyyətlərə cəlb edən məzmunu bildirə biləcəklər. Şirkətin mətbuat xidmətindən verilən məlumata görə, hazırda platforma bunu şikayətlər üçün mövzular siyahısında əks etdirməyə çalışır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır