Elon Musk Starlink istifadəçilərinin sayını açıqlayıb

  • 15 Fevral 2022

Elon Musk peyk internet layihəsi Starlink haqqında əhəmiyyətli açıqlama verib.

Chip.az xarici mənbəyə istinadən xəbər verir ki, Twitter-də edilən açıqlamada Starlink abunəçilərinin sayı açıq şəkildə ifadə edilib.İlon Maskın açıqlamalarına görə, Starlink-dən istifadə etmək üçün müraciət edən müştərilərin sayı 250 mini keçib. 

Starlink layihəsi Yerin yaxın orbitində peyklər vasitəsilə internetə çıxış vəd edir. Müştərilər isə evlərində quraşdırdıqları peyk qəbuledicisi olan kiçik dəst vasitəsilə yüksək sürətli internetə çıxış əldə edirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır