YouTube teleshop funksiyasını təqdim edəcək

  • 11 Fevral 2022

YouTube 2022-ci ildə TV alış-veriş funksiyasını təqdim etməyi planlaşdırır. Belə ki, istifadəçilər videolarda və canlı yayımlarda göstərilən məhsulları birbaşa saytda ala biləcəklər. Bu barədə şirkətin bloqunda məlumat verilib.

Chip.az xarici xəbərə istinadən xəbər verir ki, gələcəkdə YouTube həm Shorts, həm də hətta canlı yayımlarda məhsul satmağın yollarını araşdırmağa davam edəcək.

 Bundan əlavə, xidmət 2022-ci ildə məzmun yaradıcıları üçün funksionallığı daha da genişləndirməyi planlaşdırır. Xüsusilə, qısa videoların Shorts istiqamətini inkişaf etdirmək planlarını açıqlayıb. Bu, şirkətə bu cür videoların pərəstişkarları uğrunda mübarizədə TikTok və Instagram ilə rəqabət aparmağa imkan verəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır